Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub


  • 18:43

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Konstitusiyanın 25, 71 və 149-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 1-nə təyin olunmuş iclasında baxılacaq.

Oxşar xəbərlər