Azərbaycanda tanınmış hakim qəfil vəfat etdi - ÖZƏL


  • 6 Mart 20:48

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Kuimova Vera Gennadiyevna vəfat edib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, 1962-ci il təvəllüdlü hakim qəfil ürək tutması nəticəsində yaşadığı mənzildə dünyasını dəyişib.

Qeyd edək ki, Kuimova Vera Gennadiyevna 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1979-1982-ci illərdə Naxçıvan Muxtar Respublikası “Sovetskaya Naxçıvan” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1987-1988-ci illərdə vəkil stajor, 1988-2000-ci illərdə vəkil işləyib.

O, 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

07 mart 2008-ci il tarixdə Naxçıvan MR Ali Məclisi Sədrinin Fərmanı ilə “Əməkdar hüquqşünas” fəxri adı, Azərbaycan Respublikası Prezidentinin 01 mart 2016-cı il tarixli Sərəncamı ilə ”Tərəqqi” medalı ilə təltif olunub.

Humay Eminqızı

Oxşar xəbərlər