11 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 13:26

11 il əvvəl qətl törətməkdə təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Baxış iclası 17 aprel tarixinə təyin edilib.

Qeyd edək ki, Cəfərov Hüseyn Gülağa oğlu 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Hənifə Namiq Naib oğlunun qəsdən öldürməkdə şübhəli bilinir.

Ona qarşı AR Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər