Martın 10-u Beynəlxalq Qadın Hakimlər Günüdür


  • 14:45

10 mart dünyada Beynəlxalq Qadın Hakimlər Günü kimi qeyd olunur.

E-huquq.az xəbər verir ki, bu gün qadın hakimlərin ədalət sistemində rolunu vurğulamaq, məhkəmə sistemində gender bərabərliyinin təşviqinə diqqət çəkmək, həmçinin qadın ahkimlərin qarşılaşdıqları çətinlikləri və əldə etdikləri uğurları tanıtmaq və gələcək nəsil qadın hüquqşünaslara ilham vermək məqsədi daşıyır

Beynəlxalq gün BMT Baş Assambleyası tərəfindən 2021-ci ildə təsis edilib və 2022-ci ildən etibarən qeyd olunur.

Qadın hakimlərin fəaliyyəti hüququn aliliyinin qorunması, ədalətli məhkəmə qərarlarının verilməsi və cəmiyyətdə bərabərliyin təmin olunmasında mühüm rol oynayır.

Bu gün münasibətilə dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir, qadınların məhkəmə sistemində təmsilçiliyinin artırılmasının əhəmiyyəti vurğulanır.

Oxşar xəbərlər