Bacısını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxsə hökm oxundu


  • 17:24

Bacısını ondan xəbərsiz salona getdiyi üçün bıçaqlayan Məhəmməd İsmayılovun məhkəməsi yekunlaşıb.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Hökmə əsasən, Məhəmməd İsmayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Məhəmməd İsmayılov bacısının ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün 5 bıçaq zərbəsi vurub.

Xanım xəstəxanaya çatdırılaraq həyatını xilas etmək mümkün olub.

Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər