- 16:26
Bakıda ölümlə nəticələnən ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elnur Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Yaqubov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalından dərhal həbs olunub.
Qeyd edək ki, hadisə 09 iyul 2025-ci ildə saat 10:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən 44-cü kilometrində qeydə alınıb.
E.Yaqubovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq səkinin üzərində dayanan ana və qızına dəyib. Nəticədə 1974-cü il təvəllüdlü İradə Bədirova ölüb, 2004-cü il təvəllüdlü qızı Gülnar Bədirova isə xəsarət alıb.
Şəbnəm Mehdizadə