Qardaşı arvadını bıçqlamaqda təqsirləndirilən şəxsə 4 il cəza verildi


  • 15:53

Gədəbəydə qardaşının həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Fidail İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.İsmayılov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, F.İsmayılov qardaşının həyat yoldaşı Əminə İsmayılovanın üz nahiyəsinə bıçaqla xəsarət yetirib. Onlar arasında mübahisə zərərçəkmiş şəxsin F.İsmayılovun mərhum anasına məxsus əşyaları evdən atması olub. F.İsmayılov qardaşı arvadına evdən köhnə əşyaları atdığı üçün irad bildirib. Daha sonra onu təhqir edib. Buna qarşılıq olaraq zərərçəkmiş şəxs də nalayiq ifadələr işlədərək qaynını təhqir edib. Bu da təqsirləndirilən şəxsi əsəbləşdirib və nəticədə o, Ə.İsmayılovanı bıçaqla yaralayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər