- 17:11
Mərkəzi Bank “N.H.-Insaat” MMC barəsində inzibati protokol tərtib edib.
E-huquq.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan protokolda göstərilib ki, şirkət 298165.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdə vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb.
Prokotola Nizami Rayon Məhkəməsinin hakimi Emin Axundovun sədrliyi ilə baxılıb.
Məhkəmə “N.H.-Insaat” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilərək, inzibati xətanın obyekti olmuş 298165.00 ABŞ dollarının 20%-i məbləğində, yəni 59633.00 ABŞ dolları məbləğində inzibati cərimə edib.
Şəbnəm Mehdizadə