- 10:07
"Bu gün dünyanın bir çox ölkəsində süni intellektin ədalət mühakiməsinə birbaşa təsirini açıq şəkildə görürük".
E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vəkilliyə qəbul olan yeni namizədlərin təntənəli andiçmə mərasimində deyib.
Onun sözlərinə görə, süni intellektin baxışları məhkəmə araşdırmasının predmetidir və bu proses dayanmadan irəliləyəcək.
"Bu proses dayanmadan irəliləyəcək. Vəkillər də bu sahədə öz bilik və bacarıqlarını göstərəcək".
Şəbnəm Mehdizadə