Məzmuna keç

Əhməd Məmmədliyə hökm oxundu

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən ictimai fəal Əhməd Məmmədlinin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanılıb.

Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub. Ə.Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Humay Eminqızı