Adam oğurluğunda təqsirləndirilən şəxslərə hökm oxundu


  • 16:55

Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Mamedov, Fazil Hacıyevin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağa Tarverdiyev 11 il, Nurlan Zeynalov11 il 6 ay, Ruslan Mamedov 11 il 6 ay , Fazil Hacıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, iş materiallarına əsasən, Ağa Tarverdiyev digərləri ilə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb ediblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər