- 25 May 17:30
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Daha sonra dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndiirlən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Məhkəmənin növbəti iclası 3 aprel tarixinə təyin edilib.
Qeyd edək ki, N. Tağıyev AR Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham edilir.
İttihama görə, o ev alqı-satqısında vasitəçiliklə məşğul olarkən mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat alıb, lakin vədinə əməl etməyib.
Humay Eminqızı