- 16:20
Türkiyədə anasının qətlində təqsirləndirilən vəkilə hökm oxunub.
E-huquq.az-ın "Hukuki Haber"ə istinadən məlumatına görə, Kahramanmaraş vilayətinin Elbistan rayonunda 65 yaşlı anasını ölümcül döyərək öldürməkdə təqsirləndirilən vəkil Kayhan Y. məhkəmənin qərarı ilə ömürlük azadlıqdan məhrum etmə məhkum edilib.
Qeyd edək ki, hadisə ötən ilin mart ayında baş verib. Polis əməkdaşları 65 yaşlı qadını yaşadığı evdə ağır vəziyyətdə aşkar ediblər. Xəstəxanaya çatdırılan qadın həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Qadının oğlu Kayhan Y. şübhəli şəxs qismində saxlanılıb və barəsində "xüsusi amansızlıqla qəsdən öldürmə" maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə