Bakıda ölümə səbəb olan sürücü ilə bağlı SON QƏRAR


  • 10:46

Bakıda ölümlə nəticənələn yol qəzası törətməkdə təqsirləndirilən Şabanəli Qurbanəliyevin barəsindəki hökmdən verilən kassasiya protestinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməyib.

Xətai Rayon Məhkəməsinin 2025-ci il 5 may tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 5 il azadlıqdan məhrumedilmə cəzasına məhkum edilmiş Ş.Qurbanəliyev barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında paytaxtın Xətai rayonunda baş verib. Belə ki, Ş.Qurbanəliyevin idarə etdiyi "Ford Fusion" markalı avtomobil işıqforun qırmızı işığında dayanan"Chevrolet" markalı nəqliyyat vasitəsinə, daha sonra "Greatval" markalı maşına çırpılıb. Qəza nəticəsində "Chevrolet" markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində ölüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər