- 13:02
Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanov cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə iş üzrə sübutlar tədqiq edilib daha sonra çıxışlar mərhələsinə keçilib.
Dövlət ittihamçısı çıxışı zamanı Leyla Abbasovanın 17 il, Zahir Soltanovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmənin növbəti iclası 16 aprel tarixinə təyin edildi.
Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib. 29 yaşlı İkram Piriyev Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilib.
Humay Eminqızı