Əli Kərimlinin mühafizəçisinə hökm oxundu


  • 14:17

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən N Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Tağıyev AR Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham edilir.

İttihama görə, o ev alqı-satqısında vasitəçiliklə məşğul olarkən mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat alıb, lakin vədinə əməl etməyib.

Humay Eminqızı

Oxşar xəbərlər