- 10:10
Bakıda qadın ona xəsarət yetirən ərini məhkəmədə bağışlayıb.
E-huquq.az-ın məlumatına görə, Xəzər rayonu, Binə qəsəbəsində 34 yaşlı İlqar Məmmədov (şərti ad-soyad) mübahisə zəminində həyat yoldaşı Gülər Məmmədovaya (şərti ad-soyad) bədən xəsarətləri yetirib.
Mübahisəyə səbəb İ.Məmmədovun evə daxil olduqdan sonra başında olan papağı azyaşlı oğlan övladının başına qoyması, G.Məmmədovanın isə həmin papağı çıxartması olub.
Mübahisə zamanı İ.Məmmədov əsəbləşərək əli və ayağı ilə qəsdən vuraraq həyat yoldaşına bədən xəsarəti yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.
Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs həəyat yoldaşı ilə barışdığını və ondan çikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə İ.Məmmədov cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Şəbnəm Mehdizadə