Yasa gedən qonşusunun evindən oğurluq etdi


  • 12:15

Tərtərdə 35 yaşlı qadın qonşusunun evindən qızıl-zinyət əşyaları oğurlayıb.

E-huquq.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Təranə Baxışova (şərti ad-soyad) qonşusunun evdə olmamasından istifadə edərək gizli şəkildə həmin mənzilə daxil olub. O, evdəki 2185,20 manat dəyərində qızıl-zinyət əşyaları və 900 manat nağd pulu oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb.

Məlum olub ki, Təranə bir neçə dəfə qonşusu İradəgilin evinə gedib gələrkən, sonuncunun qızıl-zinət əşyalarını və ya pulunu öz otaqlarında saxladığını görüb. O, daha sonra İradənin qızıl-zinət əşyalarını və pulları otağındakı sandığın içində saxladığını, sandığın ağzını qıfıl ilə bağladığını və qıfılın açarını şkafın içində qoyduğunu öyrənib.

14 noyabr 2025-ci il tarixində saat 13:00 radələrində, İradənin qızı Elnarə Təranəyə zəng edərək yaxın qohumlarının rəhmətə getdiyini və anasının onlara gəlməli olduğunu söyləyib. Təranə dərhal İradəgilə gedib və Elnarənin dediklərini çatdırıb, sonra isə öz evinə qayıdıb.

Bir neçə saat sonra heç kimin evdə olmamasından istifadə edərək, Təranə İradəgilin evinə gedib və yataq otağında olan sandığın açarını şkafdan tapıb. O, sandığı açaraq içindəki 900 manat pulu və qızıl zinət əşyalarını oğurlayıb. Bunlara 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağı daxildir. O, açarı əvvəlki yerinə qoyaraq sandığın ağzını bağlayıb və evinə gedib.

İradə evə qayıtdıqdan sonra, İradə onu həyətdən çağırıb və ona evindəki pul və qızıl zinət əşyalarının oğurlandığını soruşub. Təranə, həmin vaxt İradəyə yalan söyləyərək, bu haqda məlumatının olmadığını bildirib.

Zərəçəkmiş şəxs Təranə Baxışovanın onun himayəsində xəstə qız övladı olduğunu nəzərə alaraq, onu bağışlayıb və cəzalandırılmamasını istəyib.

Tərtər Rayon Məhkəməsinin qərarı ilə Təranə Baxışovaya 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər