- 12:47
Bakıda avtomobil təmiri sexində usta müştərini döyüb.
E-huquq.az-ın məlumatına görə, sexdə usta kimi işləyən 1985-ci il təvəllüdlü Ramil Əliyevlə müştəri arasında mübahisə yaşanıb. Buna səbəb R.Əliyevin ona verilən avtomobili rəngləməməsi və verilən vədə vaxtında əməl etməməsi olub. Mübahisə zamanı usta müştərini döyüb, nəticədə zərərçəkmişin dişi qırılıb, dodağında və boynunda zədə yaranıb.
Lakin zərərçəkmiş şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən R.Əliyevlə barışdığını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edib.
Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Şəbnəm Mehdizadə