- 15:59
Qohumunun evindən oğurluq etməkdə təqsirləndirilən Elnarə Məmmədovanın (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Naxçıvan MR Babək Rayon Məhkəməsinin hakimi Günay İsmayılın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Məmmədovaya 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İtihama görə, 2001-ci il təvəllüdlü E.Məmmədova Babək rayonu Qoşadizə məhəlləsində yerləşən qohumuna məxsus evdə olarkən evin qonaq otağındakı paltar şkafında olan pul qabından 700 ABŞ dolları (1190 manat) və 1500 manat pulu gizli olaraq talamaqla oğurluq etmiş və nəticədə sonuncuya ümumilikdə 2690 manat məbləğində maddi ziyan vurub.
Şəbnəm Mehdizadə