- 14:34
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Xəzər Rayon Məhkəməsində fəaliyyət göstərən "Femida Könüllüləri" üçün “Avropa İnsan Hüquqları Məhkəməsi və onun qərarları” mövzusunda təlim təşkil olunub.
E-huquq.az-ın məlumatına görə, təlim sədr Abbas Rzayev tərəfindən keçirilib.
Təlim zamanı ədalətli məhkəmə araşdırması hüququnun əsas prinsipləri, bu sahədə mövcud beynəlxalq standartlar və Avropa Məhkəməsinin qərarlarının tətbiqi məsələləri nəzəri və praktiki yanaşmalar əsasında izah olunub. Eyni zamanda məhkəmə təcrübəsində bu qərarların rolu və hüquqi əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.
Görüş interaktiv müzakirələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb. T
əlimin sonunda könüllülər mövzunun praktik tətbiqi ilə bağlı əsas məqamları daha aydın şəkildə mənimsəyiblər.
.jpg)
