- 17:00
Maştağa qəsəbəsində gəlnini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək A.Əliyevin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında bildirib ki, təqsirləndirilən şəxslə zərərçəkən arasında barışıq olub. O, məhkəmədən təqsirləndirilən şəxsə minimum həddə cəza verilməsini xahiş edib.
A.Əliyev son sözündə peşman olduğunu bildirib. O, məhkəmədən xəstəliyinin və yaşının nəzərə alınmasını xahiş edib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən A.Əliyevə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Belə ki, 66 yaşlı A.Əliyev ailədaxili münaqişə zəmnində 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq öldürməkdə ittiham olunur. Qətlə yetirilən qadının üç azyaşlı övladı olub.
Humay Eminqızı