20 manata görə iş yoldaşını döydü - Məhkəməlik oldu


  • 16:03

Bakıda iş yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Fikrət Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, F.Əliyev Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.

İttihama görə, F.Əliyev iş yoldaşından 20 manat borc pul alıb. Bir neçə günə qaytaracağını desə də, vədinə əməl etməyib. Bu səbəbdən aralarında mübahisə yaranıb. F.Əliyev mübahisə zəmnində iş yoldaşını yumruqla vuraraq ona xəsarət yetirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər