- 17:00
Bakıda ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mehdi Dadaşovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Dadaşov Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, M.Dadaşov zərərçəkmiş şəxsə hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki ümumi sahəsi 121m2 olan iki otaqlı mənzilin özünə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat verib, həmin mənzili ona sərfəli qiymətə satacağına dair yalan vəd verərək aldatmaqla 33 450 manat pulunu ələ keçirib.
Şəbnəm Mehdizadə