- 16:03
Abşeronda mənzildən qızıl-zinyət əşyaları oğurlamaqda təqsirləndirilən Elmir Eyvazovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Abşeron rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Eyvazov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E.Eyvazov fərdi həyət evinə pəncərəni yerdən götürdüyü balta ilə çıxıb açmaqla qanunsuz daxil olub və oradan ümumilikdə 7 000 min manat dəyərində qızıl-zinyət əşyaları oğurlayıb. O, həmin qızılları lombarda qoyaraq pul götürdüyünü etiraf edib.
Şəbnəm Mehdizadə