İşə düzəlmək üçün getdiyi yerdən oğurluq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı


  • 15:43

Bakıda oğurluq etməkdə təqsirləndirilən Yasin Aslanovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Y.Aslanova 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə zalından həbsdən azad edilib.

İttihama görə, Y.Aslanov “Qarabağ” kafesinin həyətində olan masanın üzərindən zərərçəkmiş şəxsə məxsus dəyəri 2.999 manat ola “iPhone 16 Pro” markalı mobil telefonu oğurlayıb.

Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs bildiirb ki, o, hadisədən əvvəl iş axtarmaq üçün Bakı şəhərinə gəlib, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən kafelərə iş üçün müraciət edib. Həmin vaxt içkili vəziyyətdə olub. O, Biləcəri qəsəbəsində yerləşən kafedə spirtli içki içdikdən sonra hadisəni törətdiyi kafeyə gəlib. O, kafeni işlədən şəxsə kababçı olduğunu, iş axtardığını, qalmağa yeri olmadığını deyib. Həmin şəxs ona qalamağa yerlə birlikdə günlük 20 manat təklif edib, o, isə həmin məbləğlə razılaşmayıb. Həmin vaxt kafeyə başqa bir şəxs gəlib və zərər çəkmiş şəxslə söhbət edə-edə kafedən çıxıb.. O, sərxoş vəziyyətdə olduğu üçün zərər çəkmiş şəxsə məxsus mobil telefonu stolun üzərindən götürüb, kafedən çıxıb.. Bundan sonra o, DSK yolu adlanan əraziyə gəlmiş, mobil telefonu satmaq üçün telefon dükanlarından birinə daxil olub. Satıcı ondan telefonun şifrəsini soruşduqda o, bilmədiyini deyib, lakin oğurluq olduğunu bildirməyib. O, həmin telefonu ehtiyat hissəsi kimi satıb, əvəzində 50 manat pul və işlənmiş mobil telefon alıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər