Bakıda çay evində dava - Ofisiant döyüldü


  • 16:41

Bakıda çay evində ofisiant döyülüb.

E-huquq.az-ın məlumatına görə, 2001-ci il təvəllüdlü Samir Rəhimov (şərti ad-soyad) işlətdiyi çay evində ofisiant kimi çalışan Asim adlı şəxsə xəsarət yetirib. Buna səbəb Asimin ondan əmək haqqından yaranmış 114 manat borcu istəməsi olub. Belə ki, Samir aralarında baş vermiş mübahisə zamanı sonuncunu onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən qisas almaq niyyəti ilə qəsdən Asimin sağ qolunu tutaraq burub, daha sonra yumruğu ilə sonuncunun sağ və sol qolundan, təpiklə isə ayağının bud nahiyəsinə vurmaqla ona müxtəlif bədən xəsarətləri yetirib.

Bu hərəkətləri ilə o, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib.

Lakin, Nizami Rayon Məhkəməsinin qərarına əsasən, S.Rəhimov CM-nin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışıq əldə edildiyindən cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinə xitam verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər