Qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 14:57

Xəzər Universitetində qrup yoldaşlarını öldürməyə cəhddə təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin video görüntüləri nümayiş etdirilib.

Dövlət ittihamçısı vəsatət verərək, təqsirləndirilən şəxs barədə təkrar kompleks psixoloji ekspertizanın keçirilməsini məhkəmədən istəyib. Dövlət ittihamçısı bu vəsatəti F.Əliyevin hadisəni törədərkən anlaqlı olub-olmamasının müəyyən olunması ilə bağlı əsaslandırıb.

Müşavirədən sonra məhkəmə vəsatəti təmin edib.

Məhkəmənin növbəti iclası 12 may tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib. Belə ki, Xəzər Universitetinin tələbəsi olan Fərid Əliyev Məhəmməd Vəlizadəni bıçaqlayaraq öldürməyə cəhd edib.

Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub.

Hazırda təqsirləndirilən şəxs Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserinə yerləşdirilib.

Qeyd edək ki, F.Əliyev qəbul imtahanları zamanı 670 bal toplayaraq Xəzər Universitetinə qəbul olub.

Humay Eminqızı

Oxşar xəbərlər