- 17:25
Bakıda kişinin qətlində təqsirləndirilən arvadı Nuranə Məhərrəmova və qayınatası Nəcəf Qafarovun məhkəməsi keçirildi.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmə tərkibinə etiraz edib.
Vəkilin vəsatəti təmin edilməyib.
Məhkəmə gedişi zamanı Nuranə Məhərrəmova mərhumun ailə üzvlərini də öldürməkdə təhdid edib: "Mən öldürmüşəm, əcəb eləmişəm. Namusumu təmizləmişəm. Sözü olan gəlsin, desin. Sizi də öldürərəm".
Məhkəmənin növbəti iclası 12 may tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il aprelin 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Qəsəbə sakini Ədil Məhərrəmovun qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırmalarla onun əvvəllər məhkum olunmuş 57 yaşlı qayınatası Nəcəf Qafarov tərəfindən qətlə yetirildiyi məlum olub. Nəcəf Qafarov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Daha sonra isə onun qızı, qətlə yetirilən Ədil Məhərrəmovun həyat yoldaşı Nuranə Məhərrəmova da hadisə ilə bağlı ittiham edilərək istintaqa cəlb olunub.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.4-cü maddələr ilə cinayət işi açılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Humay Eminqızı