"102"ə dəfələrlə zəng edərək operatorları təhqir etdi - CƏRİMƏLƏNDİ


  • 15 Aprel 10:51

"102" zəng xidmətinə ardıcıl olaraq zəng edib operatorları təhqir edən şəxs cəzalandırılıb.

E-huquq.az-ın məlumatına görə, 1975-ci il təvəllüdlü İsmayıl Kərimov (şərti ad-soyad) Daxili İşlər Nazirliyinin "102" zəng xidmətinə ardıcıl olaraq 28 dəfə zəng edərək xidmət operatorlarını təhqir edib. O, iş rejimini pozub, zəng xidmət xəttini məşğul edərək digər vətəndaşların xidmətlə əlaqə saxlamasına maneçilik törədib. Bununla əlaqədar həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.

Material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar qəbul olunub. Qərara əsasən, İ.Kərimov 50 manat cərimə olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər