Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən qadına hökm oxundu


  • 16 Aprel 10:53

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasova və Zahir Soltanovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər.

“Mən üzümü zərərçəkən şəxsin hüquqi varisinə tuturam. Əməli mən etmişəm. Mümkündürsə, mənə az cəza verilməyinə nail olun, mən təcridxanadan çıxım, siz də qan qarşılığında məni öldürün”, - Z.Soltanov son sözündə deyib.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, L. Abbasova 15 il, Z. Soltanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərar verərkən L. Abbasovanın 3 azyaşlı övladının olduğunu nəzərə alıb.

Qeyd edək ki, hadisə 2025-ci ilin avqust ayında baş verib. 29 yaşlı İkram Piriyev Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilib.

Humay Eminqızı

Oxşar xəbərlər