- 11:26
Bu gün Ali Məhkəmədə Şəmkirdə ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçmaqda təqsirləndirilən Vicay İbrahimov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. İbrahimov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin edilməyib.
Xatırladaq ki, hadisə 2022-ci il noyabrın 17-si saat 9 radələrində rayonun Çaylı kəndi ərazisində baş verib.
Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan “VAZ-2016” markalı nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılıb.
Humay Eminqızı