- 13 Avqust 19:28
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hacıağa Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxsin vəkili İsa İsmayılov məlumat verib.
Onun sözlərinə görə, Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
"İki ildən artıq müddətdə aparılan ibtidai istintaq və məhkəmə istintaqı zamanı müvafiq ekspertizalar keçirilməklə hərtərəfli, tam, obyektiv araşdırma aparılmış və təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığı müəyyən edildiyindən Hacıağa Ağayev barəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ədalətli olaraq bəraət hökmü çıxarıldı", - deyə vəkil qeyd edib.
Qeyd edək ki, hadisə 2023-cü il oktyabr ayının 20-də Sabunçu rayonunda baş verib. Belə ki, sürücü Hacıağa Ağayev idarə etdiyi yük avtomobili ilə yolu keçən piyada Yusif Rəhimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Şəbnəm Mehdizadə