Söyüş üstündə adam bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxundu


  • 14:57

Söyüş üstündə adam bıçaqlamaqda təqsirləndirilən Qulu Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə “Mirzəyev və Partnyorları" Vəkil Bürosunun vəkili Tehran Hacıyev çıxışında müdafiə etdiyi şəxsin əməlində xuliqanlıq niyyəti olmadığı üçün təqsirləndirildiyi Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin CM-nin 126.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə müşavirəyə gedib. Daha sonra hökm oxunub.

Hökmə əsasən, Qulu Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun təqsirləndirildiyi maddə CM-nin 126.1-ci maddəsinə tövsif edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışı zamanı Q. Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, tərəflər arasında mübahisəyə səbəb zərərçəkmiş Şamil Nəbiyevin söyüş söyməsi olub. Mübahisə nəticəsində təqsirləndirilən şəxs zərərçəkmişə 1 bıçaq zərbəsi endirib.

Humay Eminqızı

Oxşar xəbərlər