- 15:18
Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihmaçısı çıxış edib.
O, R.Qasımovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Məhkəmənin hökmünə əsasən Rəhim Qasımov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyiti mənzildə aşkar edilib. İkin araşdırmalarla onun bacısı oğlu 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. R.Qasımovun üzərinə baxış zamanı ondan narkotik vasitə də aşkar edilib.
Rəhim Qasımov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (mənzildə yaşayanın iradəsinə zidd mənzilə daxil olma), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə yekun ittiham irəli sürülüb.
Humay Eminqızı