Bakıda iki dostun qətlində təqsirləndirilən şəxslərə cəza istənildi


  • 17:51

Bakıda iki dostu - Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Yunis Rəhimovun 3 il, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 19 il və Sərxan Şahbazovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmənin növbəti iclası 18 may tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. Şahin Bayramov və Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. İstinaq araşdırıması zamanı bu hadisənin törədilməsində günahkar bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər