- 27 Aprel 17:51
Ali Məhkəmədə ATV-nin məşhur aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib. Aparıcı ilə bağlı bəraət hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z.Baxşəliyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi tələb edilmişdi.
Humay Eminqızı