Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu


  • 29 Aprel 11:13

Külli miqdarda dələduzluqda təqsirləndirilən Cəbrayıl Qəmbərovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, C.Qənbərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, C.Qənbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilir. İttihama görə, o, zərərçəkənlərə vəd verib ki, onları orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcək.

Cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur.

Humay Eminqızı

Oxşar xəbərlər