Qardaşını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar dəyişmədi


  • 14:36

Bu gün Ali Məhkəmədə Biləsuvarda qardaşını öldürməkdə təqsirləndirilən Abuzər Şirqasımovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

İttihama görə, Abuzər Şirqasımov 17 iyun 2023-cü il tarixdə, təxminən saat 00:10 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində valideynlərinə məxsus yaşadıqları evdə olarkən onunla birlikdə yaşayan qardaşı Amil Şirqasımov evdə alt paltarında yarıçılpaq vəziyyətdə gəzib. O, bu barədə qardaşına iradını bildirib. Amil isə buna məhəl qoymayaraq saymazyana formada eyni hərəkətləri təkrarlayacağını bildirib, sonra onun sifət nahiyyəsindən şillə ilə vurub. Sərxoş vəziyyətdə olan Abuzər bıçaqla onun üzərinə hücum edib. Həmin vaxt Abuzər onları aralaşdırmaq istəyən anasının gözləri qarşısında zərərçəkmiş şəxsin bədəninə altı bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla öldürüb.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Humay Eminqızı

Oxşar xəbərlər