- 10:32
Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Vəkillərin çıxışı və təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə müşavirəyə gedib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Z. Quliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Z.Quliyev 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur. O, hadisədən sonra könüllü polisə təslim olunub. Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9 (qəsdən adam öldürmə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Humay Eminqızı