Oğurladığı motosikletlə kuryerlik etdi


  • 13:45

Kuryerlərin motosikl və mopedlərini oğurlamaqda təqsirləndirilən Rauf Bağırovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovunh sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs valideyinlərindən ayrı yaşadığı üçün maddi imkanı olmadığına görə motosikl və moped oğurlayaraq daha sonra oğurladığı motosikletlə kuryer kimi işləyərək gündəlik xərclərini ödəmək istədiyini, əməli məcbur qaldığı üçün etdiyini deyib.

Məhkəmənin hökmünə əsasən, R. Bağırova 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası (elektron qolbaq) təyin edilib.

Qeyd edək ki, R. Bağırov tamah niyyəti ilə 2025-ci il Bakı şəhəri, Səbail rayonu, Dağlıq küçəsində yerləşən evin qarşısından 1300 manat dəyərində olan "Tufan M50" markalı mopedi gizli olaraq talayıb.
Bundan başqa o, AAAF park yaşayış kompleksində “Tufan S-150” markalı motosikleti talayaraq zərərçəkmişə 2200 manat ziyan vurmaqla oğurluq edib.

O, oğurladığı motosikletlə kuryer kimi işləyərkən polis tərəfindən saxlanılıb.

Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər