Hədə-qorxu ilə pul tələb etmədə ittiham olunan sayt rəhbərinin şikayəti təmin edilmədi


  • 5 May 11:35

Bu gün Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən “Dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimov və Əli Hacıyevin barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərşad İbrahimov 8 il və Əli Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ə. İbrahimovun apellyasiya şikayəti təmin edilməyib, Ə. Hacıyev isə apellyasiya şikayəti qismən təmin olunub. Belə ki, Ə.Hacıyev şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

Ə.İbrahimov və Ə.Hacıyev 2023-cü ildə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqıa Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Sayt rəhbəri olan Ə. İbrahimov ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Humay Eminqızı

Oxşar xəbərlər