Anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 15:59

Anasını öldürməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş şəxsin hüququ varisi qismində təqsirləndirilən şəxsin bacısı Qurma Zeynalova tanınıb.

“Ona ən ağır cəzanın verilməsini istəyirəm, heç bir barışıq yoxdur”, - hüquqi varis bildirib.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Məhkəmənin baxış iclası 12 may tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cü maddələri üzrə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər