- 11:37
Ağdamda aliment borcunu ödəməyən şəxs olunub.
E-huquq.az-ın məlumatına görə, 1983-cü il təvəllüdlü İlqar Babayev (şərti ad-soyad) məhkəmə qərarı ilə 2 azyaşlı övladının yetkinlik yaşına çatana qədər saxlanmaları üçün 2015-ci ildən başlayaraq hər ay hər uşağa görə 80 manat olmaqla cəmi 160 manat aliment ödəməli imiş. Lakin o, aliment öhdəliklərini yerinə yetirməyib. Beləliklə, 2026-cı ilədək onun 19604 manat aliment borcu yığılıb. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Ağdan Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə baxılıb. Məhkəmədə o da məlum olub ki, İ.Babayev aliment ödəmədiyinə görə əvvəllər Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
İ.Babayev bildirib ki, işləmədiyindən alimenti ödəməyib. Cavabdeh fəhlə işləyərək borcunu ödəyəcəyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş edib.
Məhkəmə İ.Babayevi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilib və 15 gün müddətə inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edib.
Şəbnəm Mehdizadə