Taksi sürücüsünü hədələyib 235 manatını ələ keçirdilər - 10 il cəza aldılar


  • 12 May 15:54

Taksi sürücüsünü hədələyərək pulunu ələ keçirməkdə təqsirləndirilən Rauf Salmanzadə və Tural Eyvazovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Salmanzadə və T. Eyvazov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, fevralın 7-də gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.

Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi "Jeep" markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər.

Quldurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Rauf Salmanzadə və 24 yaşlı Tural Eyvazov saxlanılıblar.

Humay Eminqızı

Oxşar xəbərlər