- 12 May 15:54
Əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor Zabolotskikh və İlnur Valıtovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər.
Onlara qarşı AR Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi üzrə cinayət işi açılıb.
Humay Eminqızı