Gəncədə müəllim borca görə həmkarını öldürdü - MƏHKƏMƏ


  • 12:09

Bu gün Ali Məhkəmədə Gəncədə borc pula görə həmkarını öldürən Kamal Bayramovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib və onun cəzası 18 ilə endirilib.

Qeyd edək ki, 4 nəfər arasında baş vermiş mübahisə zamanı Ə.Bayramov və onun 2000-ci il təvəllüdlü oğlu Ayxan tanışları 1994-cü il təvəllüdlü Niyazi Bayramov və sonuncunun qardaşı 1986-cı il təvəllüdlü K.Bayramova bıçaq xəsarətləri yetirib. K.Bayramov isə buna cavab olaraq odlu silahdan atəş açaraq Ə.Bayramovu qəsdən öldürüb.

Məlumata görə, K.Bayramov öldürülən Ə.Bayramovla qohum olub. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub.

K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə ingilis dili müəllimi işləyib.

Humay Eminqızı

Oxşar xəbərlər