Prokuror Rüfət Səfərova cəza istədi


  • 17:20

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, R.Səfərovun 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Məhkəmənin növbəti iclası 5 iyun tarixinə təyin edilib.

İttihama görə, Rüfət Səfərov zərərçəkənə Novxanıda bağ satıb və bunun qarşılığında 60 mindən çox pul alıb. Lakin vədinə əməl etməyib. Bunu görə hadisə günü zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək onunla mübahisə edib. Rüfət Səfərov bundan sonra onu yaralayıb.

Rüfət Səfərova qarşı AR Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər