Xəzər Universitetinin tələbələri Ali Məhkəmədə olublar - FOTO


  • 15:57

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xəzər Universitetinin Memarlıq və Dizayn fakültələrinin tələbələri Azərbaycan Respublikasının Ali Məhkəməsində olublar.

Bu barədə e-huquq.az-a Ali Məhkəmədən məlumat verilib.

Tələbələr klassik üslubda inşa edilmiş, milli memarlıq elementləri və müasir texnologiyalarla zənginləşdirilmiş Ali Məhkəmənin inzibati binası ilə tanış olublar. Ekskursiya zamanı onlara binanın memarlıq həlli, konstruktiv xüsusiyyətləri və müasir interyer dizaynı barədə ətraflı məlumat verilib.

Daha sonra tələbələrin Ali Məhkəmənin İnzibati kollegiyasının hakimi Sərvər Vəliyevlə görüşü keçirilib. Görüş zamanı ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət idarəçiliyində yeri və rolu, habelə qanunvericiliyin tətbiqi və məhkəmə təcrübəsi barədə məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr tədbirlə bağlı xoş təəssüratlarını bölüşüb, xatirə fotosu çəkdiriblər.

Oxşar xəbərlər