Bakı, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək


  • 12:08

Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin ediləcək.

E-huquq.az xəbər verir ki, bu məsələ parlamentin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alıb.

Belə ki, aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinə hakimlər təyin edilməsi nəzərdə tutulur:

- Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

- İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

- Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

- Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi

Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi;

Eyni zamanda aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şəki Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Şirvan Apellyasiya Məhkəməsi üzrə aşağıdakı hakimlərin vəzifələrinin dəyişdirilərək Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilməsi:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi

Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.

Bundan başqa Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər